ABŞ-da ilk dəfə laboratoriya şəraitində yetişdirilən ətin satışına icazə verilib.
Amerika Birləşmiş Ştatlarında iki müəssisəyə – Upside Foods and Good Meat şirkətlərinə laboratoriyada yetişdirdiyi toyuq məhsullarını satmağa icazə verilib.
Qeyd edək ki, ABŞ Sinqapurdan sonra dünyada heyvan hüceyrələrindən yetişdirilən ətin satışına icazə verən ikinci ölkədir.
Ətin hazırlanma üsuluna gəlincə, hüceyrə qırıntılarının inək və ya toyuqdan götürülərək, bioreaktorlarda çoxaldıldığı bildirilir.
Sözügedən yeniliyin tərəfdarları onun ənənəvi heyvandarlıqdan üstün olduğunu vurğulayır. Eləcə də, ənənəvi ət istehsalının meşələrin qırılmasına, hava və suyun çirklənməsinə səbəb olduğu, o cümlədən, ətraf mühitə digər dağıdıcı zərərlər vurduğu iddia edilir.






















