“Milli İnkişaf” İctimai Birliyinin Təşəbbüs qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Milli Məclisə Araz çayı boyunca, Füzuli Hava Limanı ətrafında çoxmilyonluq Heydərabad şəhərinin salınmasına razılıq, tikilməsinə sərəncam verilməsi xahişi ilə müraciət ünvanlayıb.Prezidentə müraciətdə qeyd olunub ki, Heydərabad şəhərinin təməlinin qoyulması Ümummilli Liderin 100 illik yubileyinə və ,,Heydər Əliyev ili”nə layiqli töhfə olar. İstərdik ki, bu şəhərin adı Ulu Öndərin şərəfinə Heydərabad qoyulsun.
Müraciətdə bildirilir ki, dünyaya səs salacaq belə bir iri investisiya layihəsinin əlverişli coğrafi mövqeyi, zəngin təbiəti, münbit torpağı, təmiz havası və suyu olan Qarabağda həyata keçirilməsinin xüsusi əhəmiyyəti vardır.
Müraciətdə yazılır ki, müasir dünya şəhərsalma standartlarına uyğun tikilən çoxmilyonluq ,,Heydərabad” şəhəri xalqımızın sevincini ikiqat artıracaq, Azərbaycan dövlətinin qüdrətini daha da yüksəldəcək, şər qüvvələri əbədi susduracaq .
Qeyd edək ki, layihədə öz əksini tapan bütün təkliflər İctimai Birliyin sədri, İqtisad Elmləri üzrə Fəlsəfə Doktoru Arzuman Muradlının ,,Qarabağda Heydərabad şəhəri” məlumat kitabçasında geniş dərc olunub.
Bütün bunlar barədə Ulusal.az-a Təşəbbüs qrupunun üzvü Emin Hacısoy məlumat verib.
Məlumat kitabçasında Qarabağda böyük bir şəhərin tikilməsi zərurətindən və bu şəhərə ,,Heydərabad şəhəri” adının verilməsi səbəblərindən bəhs edilib.
Məlumat kitabçasında bildirilir ki, həmin ərazinin beynəlxalq əlaqələr üçün əlverişli mövqeyi, beynəlxalq turizmin inkişafi üçün yararlı olması, hava limanına, dəmiryol stansiyalarına yaxın olması iri şəhərin inşasını mümkün edir.
,,Qarabağda Heydərabad şəhəri” layihəsinin məlumat kitabçasında qeyd edilir ki, belə bir şəhərin salınması Azərbaycanın iqtisadi gücünü artıracaq, beynəlxalq arenada nüfuzunu yüksəldəcək.
Arzuman Muradlı ,,Qarabağda Heydərabad şəhəri” məlumat kitabçasında layihənin Baş Planı, tikilməsinin zərurəti, bu şəhərin beynəlxalq, tarixi, iqtisadi, strateji əhəmiyyətindən,
maliyyə mənbələrindən, şəhərdə istehsalat sahələrinin tikilməsi ilə iş yerlərinin yaranmasından bəhs edib.
Layihədə inşası nəzərdə tutulan hər hərfi bir bina omaqla ,,QARABAĞ AZƏRBAYCANDIR!” kompleksi Azərbaycana səfər edən əcnəbi vətəndaşlara imkan verəcək ki, onlar təyyarədən, yüksəklikdən bu möhtəşəm kompleksi izləsinlər və bir daha əmin olsunlar ki, Qarabağ bizim tarixi torpaqlarımızdır.
Müraciətdə bu kompleksin tikilməsi də əks olunub.
Layihədə nəzərdə tutulan Heydər Əliyev Mərkəzi, BMT- nin parlamenti, Beynəlxalq Təşkilatların ofisləri, dünyanın iri şirkətlərinin nümayəndəlikləri, beynalxalq fondların nümayəndəlikləri-bütün bunlar Heydərabad şəhərini beynəlxalq əhəmiyyətli şəhərə çevirəcək.
Məlumat kitabçasında bildirilir ki, Heydərabad şəhəri Azad İqtisadi Zona elan olunsa, xarici iş adamlarının bu səhərə marağı artacaq, şəhərə investisiya axını güclənəcək və bu şəhər beynəlxalq əhəmiyyətli şəhərə çevriləcək.Bu şəhərin salınması dünyanın Azərbaycana marağını artıracaq və Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldəcək.
Layihədə xarici ölkələrin qabaqcıl ali təhsil ocaqlarının filialları, kitabxanalar, laboratoriyalar, elmi konfranslar üçün qapalı və açıq zallar, Elmi Tədqiqat İnstitutları kimi elm ocaqlarının tikilməsi də nəzərdə tutulub.
Layihəyə görə şəhərdə beynəlxalq tədbirlərin, festivalların, kino-film çəkilişlərinin keçirilməsi, dünya standartlarına uyğun məhsul istehsalı, istehsalat sahələrinin tikilməsi nəzərdə tutulub ki, bütün bunlar da Azərbaycanın iqtisadiyyatına həlledici təsir edəcək.
Layihədə nəzərdə tutulan tibbi sağlamlıq mərkəzləri, turistik mərkəzlər, əyləncə və istirahət mərkəzləri, idman kompleksləri, hotel, biznes mərkəzləri kimi sahələrdən də xeyli gəlir əldə ediləcək.
Belə bir şəhərin salınması şəhid, qazi ailələrinin, müharibə iştirakçılarının, Qarabağ köçkünlərinin yaşayış şəraitini də yaxşılaşdıracaq.
Məlumat kitabçasında bildirilir ki, Qarabağda azərbaycanlı əhalinin artması Ermənistanın Qarabağdakı bütün ümidlərini puç edəcək.
Bu şəhərin salınması Bakıdakı sıxlıq və tıxaclarla bağlı problemləri azaldacaq.
Heydərabad şəhərində yaradılmış iqtisadi sxem milyonlarla insana iş yeri olacaq.
Xalqımız, dövlətimiz üçün xeyirli və uğurlu olsun!
İstinad:,,Qarabağda Heydərabad şəhəri”məlumat kitabçası. Arzuman Muradlı.