image-2000x150
image-4backend

Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik siyasəti qələbəmizin təməlidir

image-728x90

Bəşər tarixində qəlbi xalq üçün döyünən elə bir görkəmli şəxsiyyət olmayıb ki, o, ana dilinin qayğısına qalmasın, ana dilinin gələcək inkişafı, taleyi haqqında düşünməsin və narahat olmasın. Azərbaycanın tarixi şəxsiyyətləri, yazıçıları, qabaqcıl ziyalıları bütün dövrlərdə ana dilimizin inkişafına, onun saflığına çalışmışlar. Onlar özlərinin əməli fəaliyyətlərində bu sahədə həmişə nümunə göstərmişlər. Böyük demokrat yazıçı jurnalist Cəlil Məmmədquluzadə vaxtilə yazırdı: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun mayasıdır. Hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir”. Bu sözlər ana dilinə sanki bir məhəbbət himni kimi səslənir. XX əsrin 70-ci illərindən Azərbaycan dili, onun nitq mədəniyyətinin inkişafının  yeni bir dövrü, intibah dövrü başlandı. Türk dünyasının dahi bir şəxsiyyəti ulu öndər Heydər Əliyevin qızıl qiymətində olan sözlərini nəzərinizə çatdırmağı lazım bilirəm: “ Biz öz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, ən çətin vaxtlarda da dilimiz itməyib yaşayıb. Onu xalq yaşadıbdır, eyni zamanda xalqımızın böyük şəxsiyyətləri yaşadıblar.”

Heydər Əliyev Mustafa Kamalların, Nəriman Nərimanovların layiqli xələfi kimi, qeyrətli varisi kimi respublikamızda dil quruculuğunda, dilimizin inkişafında, xalqın nitq mədəniyyətinin zənginləşməsində müstəsna dərəcədə xidmət göstərmişdir. Heydər Əliyevin dövlətçilik, siyasət, iqtisadiyyat, diplomatiya, tarix, maarifçilik, fəlsəfə, estetika, memarlıq, ədəbiyyatşünaslıq, incəsənət sahələri ilə yanaşı, xüsusilə yüksək nitq mədəniyyəti, natiqlik sahəsində fəaliyyəti də xüsusi araşdırmaya layiq mühüm bir məsələdir.

Zəmanəmizdə, bizim ölkəmizdə müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə etiraf olunan ilk uğurlarını qazandığı  bir vaxtda ana dilinin yüksək səviyyədə qayğısına qalmaq doğma xalqın maddi və mənəvi qüvvələrini səfərbər etmək, ana dilinin konstitusiya hüquqlarını bərqərar etmək kimi şərəfli vəzifələri həyata keçirmək  ulu öndər Heydər Əliyevin öhdəsinə düşmüşdür.

Ulu öndər Heydər Əliyevin zəngin irsi xalqımızın milli sərvətidir və bu tükənməz xəzinədən hamıya – hər bir siyasətçiyə, dövlət adamına, iqtisatçıya, diplomata, elm, təhsil və mədəniyyət xadimlərinə, bütövlükdə hər bir ölkə vətəndaşına pay düşür:

“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşlarıdır. əgər buna nail ola bilsəm, mən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa çalışıram və çalışacağam”.

Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti odur ki, o, Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi. Onun Azərbaycan xalqı qarşısındakı ən əvəzsiz xidmətlərindən biri də dünya azərbaycanlılarının həmrəyliyinə nail olmasıdır.

Ulu öndər Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. H.Əliyevin ən müqəddəs arzularından biri Dağlıq Qarabağ probleminin həll olunması idi. Şahidiyik ki, ulu öndərin bu arzusu 44 günlük II Qarabağ müharibəsində gerçəkləşdi (27 sentyabr 2021-8 noyabr 2021-ci il).

Onun ürəyi Azərbaycan qədər geniş, Odlar yurdu kimi hərarətli idi. Sağlığında olduğu kimi, indi də Heydər Əliyev deyəndə Azərbaycanı, Azərbaycan deyəndə Heydər Əliyevi düşünürük. Heydər Əliyev Azərbaycan üçün Tanrının payı idi. Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev də qəlbimizdə əbədi yaşayacaqdır.

Ay elə tək-tək gələr,

Gün elə tək-tək gələr.

HEYDƏR kimi oğullar

Dünyaya tək-tək gələr

Bu vətənə xidmətində,

Bu millətə hörmətində,

Bu dövlətin qüdrətində

Yaşayır Heydər babamız

Əməli zəfər babamız.

İbrahimova Fəridə İsmayil qızı

Nəsimi rayonu, T. Həsənov adına 23 nömrəli tam orta  məktəbin müəllimi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90