“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rostovdakı hərbi obyektlər, o cümlədən hava limanı onların nəzarətindədir.
Priqojin Ukrayna müharibəsində hər gün 1000-ə qədər rus əsgərinin öldüyünü bildirib.
Xatırladaq ki, Priqojin iyunun 23-də müxtəlif açıqlamalar verərək, müdafiə nazirini prezidenti aldatmaqda ittiham edərək, onun və Baş Qərargah rəisinin barəsində istintaq komitəsinə hesabat təqdim etdiyini bildirib.
Artıq axşam saatlarında “Vaqner” strukturunun düşərgələrinə raketlər atıldığını və onların çoxlu qurbanlarının olduğunu bildirdi. O, hücuma görə Rusiya Müdafiə Nazirliyini günahlandırıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi hücumla bağlı ittihamları rədd edib, Federal Təhlükəsizlik Xidməti isə silahlı iğtişaşlara çağırış faktı ilə bağlı cinayət işi açıb.






















