image-rt-reklam
image-1672382123_16444121805331615516_1000x669-780x470backend

Hərbi dəstək sülhə gedən ən qısa yoldur – Stoltenberq

image-728x90

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya hərbi-siyasi dəstəyin vacib olduğunu bildirib.

Ulusal.az TASS-a istinadən xəbər verir ki, Stoltenberq bu barədə DPA-ya müsahibəsi zamanı danışıb.

“Bir az qəribə və paradoksal görünə bilər, amma Ukraynanı hərbi cəhətdən dəstəkləmək sülhə gedən ən qısa yoldur. Moskva dərk etməlidir ki, Ukraynada məqsədlərinə nail ola bilməyəcək”, – deyə baş katib vurğulayıb.

Hərbi alyansın rəhbəri Ukraynanın Rusiya ərazilərindəki hərbi obyektləri vurmasını qanuni sayıb: “Hər bir ölkənin özünü qorumaq hüququ var. Bu, Ukraynaya da aiddir”.

Bundan əlavə, NATO baş katibi sülh danışıqlarının önəmini də diqqətə çatdırıb.(modern)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90