image-rt-reklam
image-1backend

HƏMAS razılaşdı: Atəşkəs olacaq…

image-728x90

Qətərin baş naziri HƏMAS-ın israilli girovların azad edilməsi ilə bağlı saziş layihəsinə və atəşkəs razılığına reaksiyasını ümumilikdə müsbət adlandırıb. Ulusal.az xəbər verir ki, bu barədə Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ABŞ dövlət katibi Entoni Blinkenin ərəb ölkəsinə səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

“Həmasdan razılığın ümumi əhatə dairəsi ilə bağlı cavab aldıq”, – deyən Tani, “Onların cavabında bəzi iradlar var, lakin ümumilikdə müsbətdir”.

Bundan sonra HƏMAS İsrail girovlarının azad edilməsinə dair çərçivə razılaşması ilə bağlı Qətər və Misirə cavab göndərdiyini təsdiqləyib. Fələstin hərəkatı da saziş layihəsinə müsbət münasibət bəslədiyini təsdiqləyib.

Öz növbəsində ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton HƏMAS-ın razılaşmaya reaksiyasını öyrənir və bu razılaşmaya əsasən, Qəzzada uzunmüddətli atəşkəs və fələstinli məhbusların azad edilməsi müqabilində radikallar girovları azad etməlidir.

Qətərdə keçirdiyi mətbuat konfransında ABŞ diplomatı həmçinin bildirib ki, fevralın 7-də İsrailə səfəri zamanı bu ölkə rəsmiləri ilə Həmas-ın cavabını müzakirə edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90