image-2000x150
image-1backend

HƏMAS elan etdi: Bu ölkələrin vətəndaşları azaddır, Qəzzadan çıxa bilərlər

image-728x90

HƏMAS Qəzza Zolağını tərk etməyə icazə veriləcək əcnəbilərin, ikili vətəndaşlığı olan fələstinlilərin, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və qeyri-hökumət təşkilatlarının (QHT) əməkdaşlarının siyahısını dərc edib.

Ulusal.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb .

Fələstin hərəkatı yaydığı bəyanatda bildirib ki, Yaponiya, Çexiya , Finlandiya, Avstriya, Avstraliya, Bolqarıstan, İndoneziya və İordaniya vətəndaşlarına anklavı tərk etmək hüququ verilib.

Bundan əvvəl Fələstin HƏMAS hərəkatının hərbi qanadı sayılan İzzəddin əl-Qəssam briqadaları girov götürülən əcnəbiləri tezliklə azad edəcəklərini vəd etmişdilər.

Oktyabrın 29-da İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü briqada generalı Daniel Həqari bildirib ki, HƏMAS girovlarının sayı 230 nəfərə çatıb. O, aydınlaşdırıb ki, onların sayı daim dəyişir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90