image-rt-reklam
image-1backend

Hasan Can Kaya saxlanıldı – SƏBƏB

image-728x90

Türkiyəli məşhur komediya ustası Hasan Can Kaya özəl bir universitetin məzun gecəsində tanış olduğu 23 yaşlı gənc qadını evində saxladığı səbəbilə həbs olunub.

Ulusal.az xəbər verir ki, evə gələn polislər tərəfindən xilas edilən gənc qadın polis bölməsində ifadəsində “Mənə narkotik verdi, evdən çıxmağa icazə vermədi” deyib.

İfadəsi alınan Kaya gənc qız şikayət etmədiyi üçün sərbəst buraxılıb.

Beləki, hadisə ötən həftənin çərşənbə axşamı saat 04:00 radələrində Beşiktaş Leventdə baş verib. Hasan Can Kaya İstanbulda özəl universitetin məzun gecəsində əylənərkən şənliyə qatılan Nazlıcan A. ilə tanış olub.

Bir müddət söhbət edən ikili əyləncənin sonunda Kayanın Leventdəki evinə gedib. İkilinin içəridə söhbət etməyə başladığı və bu müddət ərzində spirtli içki qəbul etdiyi iddia edilib.

Gecənin ilerleyen saatlarında Nazlıcan A.-nın Hasan Can Kayanın ona yaxınlaşmasından narahat olub. Gənc qız evdən çıxmaq istəsə də, iddiaya görə Kaya onun evdən çıxmasına icazə verməyib.

Bundan sonra gənc qız mobil telefonundakı mesajlaşma proqramı vasitəsilə rəfiqəsinə canlı məkan göndərib.

Mesajları görən dostu polisə xəbər verib və Beşiktaş polisi gecə saatlarında həmin ünvana gəlib.Manşet.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90