Güney Azərbaycanın Əhər, Vərziqan və Kəleybər şəhərləri dünən yağan güclü leysan ayğışları səbəbindən selə məruz qalıb.Ulusal.az xəbər verir ki, güclü sel xüsusən Əhər şəhəri və onun kəndlərinə ciddi ziyan vurub.
İran Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi bildirib ki, Əhərin 30-dan çox kəndi ilə əlaqə kəsilib. Həmin kəndlərə hgedən yolları sel yuduğundan, hər hansı təminat problemini həll edə bilmilər. Onun sözlərinə görə, Meşkin şəhəri istiqamətində yerləşən kəndlərdən 6-na yardım etmək istəyən qruplar göndəriblər. “Lakin yolların dağılması səbəbindən oradakı əhaliyə yardım çatdırmaq mümkün olmayıb”.
O da qeyd edilir ki, Əhər şəhərində sel 30-dan çox evi yaşayış üçün yarasız hala salıb. Bundan başqa, 10-dan çox avtomobili sel aparıb. Kənd təsərrüfatına isə xeyli ziyan dəyib.