“Give me Sport” nəşri futbol tarixinin ən pis transferlərinin reytinqini tərtib edib.
Ulusal.az xəbər verir ki, siyahıda 11 futbolçunun adı yer alıb.
Xatırladaq ki, cədvəldə yer alan bəzi futbolçular artıq peşəkar karyeralarını başa vurublar.
Tarixin ən pis 11 transferi:
1. Filippe Kautinyo – “Liverpul”dan “Barselona”ya (yanvar 2019 – 121,5 milyon funt sterlinq).
2. Antuan Qrizmann – “Atletiko”dan “Barselona”ya (2019-cu ilin yayında – 108 milyon funt sterlinq)
3. Eden Hazard – “Çelsi”dən “Real”a (2019-cu ilin yayında – 103 milyon funt sterlinq).
4. Romelu Lukaku – “İnter”dən “Çelsi”yə (2021-ci ilin yayında – 97,5 milyon funt sterlinq).
5. Aleksis Sançes – “Arsenal”dan “Mançester Yunayted”ə (yanvar 2018 – Henrix Mxitaryanla mübadilə).
6. Andrey Şevçenko – “Milan”dan “Çelsi”yə (2006-cı ilin yayında – 39,5 milyon funt sterlinq).
7. Conatan Vudqeyt – “Lids”dən “Real”a (2004-cü ilin yayında – 16 milyon funt sterlinq).
8. Anxel Di Maria – “Real”dən “Mançester Yunayted”ə (2014-cü ilin yayında – 60 milyon funtsterlinq).
9. Endi Kerroll – “Nyukasl”dan “Liverpul”a (yanvar 2011 – 35 milyon funt sterlinq).
10. Fernando Torres – “Liverpul”dan “Çelsi”yə (yanvar 2011 – 50 milyon funt sterlinq).
11. Mario Balotelli – “Milan”dan “Liverpul”a (2014-cü ilin yayında – 16 milyon funt sterlinq).