image-rt-reklam
image-1backend

Futbol tarixində belə bir şey olmayıb: Bir oyundan çıxdı, digərinə yollandı – FOTOFAKT

image-728x90

“Mançester Yunayted”in qapıçısı Andre Onana İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Tottenhem”lə oyundan (2:2) dərhal sonra Fil Dişi Sahilinə yollanıb.

Ulusal.az xəbər verir ki, buna səbəb ölkəsi Kamerunun Afrika Millətlər Kubokunda bu gün keçirəcəyi ilk matça yetişmək məcburiyyətində qalması olub. Buna görə “qırmızı şeytanlar” onun üçün xüsusi təyyarə ayırıb.

Mançester təmsilçisi ilə Kamerun Futbol Federasiyası arasında razılaşmaya əsasən Onana millinin düşərgəsinə gec qoşulub. Onun bu gün turnirin ilk turu çərçivəsində saat 20:00-da keçiriləcək Qvineya ilə oyunda iştirak etmək ehtimalı olduğu bildirilir. Bu baş versə, Andre 24 saat ərzində 2 oyun keçirəcək.

publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90