image-2000x150
image-soyqu-gerasimbackend

FSB-dən Putinə tövsiyə: Onları istefaya göndər

image-728x90

Rusiyada Ukraynaya qarşı uğurlu olmayan müharibə və “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin bu yaxınlarda üsyanı nəticəsində nüfuzu sarsılan indiki hakimiyyət sabitliyini qorumaq üçün müəyyən addımlar atmağa məcburdur.

Ulusal.az xəbər verir ki, bu kontekstdə FSB “ekspertləri” Putinə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu istefaya göndərməyi məsləhət görür.

Bu barədə Amerikanın “Bloomberg” nəşri FSB mənbələrinə istinadən yazır. Qəzetin yazdığına görə, Rusiya təhlükəsizlik xidmətində Ukraynadakı uğursuzluqlardan narazılıq hələ də qaynayır və buna görə Şoyqu və Gerasimovu məsuliyyətə cəlb etmək təklif olunur.

“Bloomberg” yazır: “Bir çox yerli elita Putinin üsyana zəif reaksiyası, həmçinin Priqojini cəzalandırmaması qarşısında dəhşətə gəldi”.

Qeyd olunur ki, Priqojinin hücumunun əsas obyektləri olan müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov hələ də öz mövqelərində qalırlar, lakin onların zərərsizləşdirilməsi cəhdi dövlət təhlükəsizliyinin ən mühüm strukturlarında müəyyən dəstək alıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90