image-rt-reklam
image-2backend

Fransalı politoloqdan üçüncü dünya müharibəsi ilə bağlı ŞOK İDDİA

image-728x90

Fransalı siyasətçi, Vətənpərvərlər partiyasının rəhbəri Florian Filippo Polşa əsgərlərinin Belarusla sərhədə göndərilməsini şərh edib.

Bu barədə o, Twitter sosial şəbəkəsində yazıb. Siyasətçi Filippo hesab edir ki, Polşa qoşunlarının köçürülməsi dünya müharibəsinə gətirib çıxarır.

Filippo Polşanın Belarusa on min əsgər göndərməsi ilə bağlı bəyanatını xatırladıb və bu qərarı dəlilik adlandırıb.

“Unutmayın ki, NATO və Aİ qaydalarına görə, Polşa müharibəyə girərsə, biz ona əməl etməyə borcluyuq. Dəlilər üçüncü dünya müharibəsini hədəfləyirlər, gəlin onları dayandıraq!”, – siyasətçi qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90