Fransanın müdafiə naziri Sebastien Lekornue bildirib ki, Paris və İrəvan bazar günü Fransa silahlarının, xüsusən də zenit-hücumdan müdafiə vasitələrinin alınmasına dair saziş imzalayacaqlar. Ulusal.az xəbər verir ki, bu barədə Lekornue Parisien jurnalına müsahibəsində bildirib.
“Sabah biz Ermənistana öz hava məkanının mühafizəsini təmin etməyə imkan verəcək saziş imzalamaqla Fransa istehsalçılarından Ermənistanın müəyyən miqdarda silah almasını rəsmən rəsmiləşdirəcəyik”, – deyə Fransanın müdafiə naziri bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna Fransanın Ermənistanla müqavilə imzalayacağını və bu müqavilə əsasında Ermənistana hərbi texnikanın veriləcəyini bildirmişdi.