image-2000x150
image-9a9f18f3-09cc-4a93-b9f1-0d47890271f7backend

“ƏVVƏL KRIM, SONRA DONBASS” – Ukrayna “F-16” tələb edir, Qərb isə…

image-728x90

Hadisələrin gedişi göstərir ki, Ukraynanın işğal altındakı ərazilərini azad etmək məqəsədilə keçirəcəyi əks-hücumla bağlı qeyri-müəyyənlik Rusiya tərəfinin onsuz da laxlamış psixoloji tarazlığını daha da silkələyir və sıradan çıxarır. Əks-hücumun nə vaxt və hansı istiqamətdən olacağını müəyyən edə bilməyən Rusiya işğal olunan böyük ərazilərdə tez-tələsik səngər qazmaqla, istehkamlar qurmaqla yanaşı, özünün az qala bütün raket arsenalını Ukrayna şəhərlərinin bombalanmasına xərcləməkdədir.

Bu raketlərin böyük hissəsi Ukrayna hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulur. Ancaq Kreml özünün “tərifli” və guya səsdən sürətli və vurulması mümkün olmayan “Kinjal” raketləri də daxil olmaqla öz raketlərini “xərcləməkdə” davam edir. Baxmayaraq ki, bu raket zərbələri özünün çox aşağı effektivlik səviyyəsilə çətin ki, Ukraynanın əks-hücum planlarına təsir edə bilsin…

Ukraynada tanınmış hərbi ekspertlərdən biri olan sabiq hərbi pilot, polkovnik Roman Svitan gözlənilən əks-hücumun vaxtı və istiqamətləri barədə maraqlı proqnozlar verib. 


O, bildirib ki, Ukrayna ordusunun əks-hücum əməliyyatı bir yox, iki hissədən ibarət olacaq. 

Birinci əməliyyat yayda baş tutacaq və onun əsas istiqaməti Krım yarımadasıdır. Bunun üçün Ukrayna Silıahlı Qüvvələri əvvəlcə Azov dənizi sahillərinə, oradan isə Krımın giriş qapısına doğru irəliləyəcək.

Svitan qeyd edib ki, həmin əməliyytaın gedişində Ukrayna Böyük Britaniyanın verdiyi uzaq mənzilli “Storm Shadow” raketləri də daxil olmaqla, əlindəki silahlarla Krım körpüsünü sıradan çıxaracaq. Sonra isə Krım ərazisindəki bütün Rusiya hərbi qruplaşması hədəfə alınacaq. Hərbi ekspert hesab edir ki, yalnız Rusiyanın Ukraynanın cənubundakı və Krımdakı hərbi qruplaşması məğlub ediləndən və Ukrayna ordusu üçün təhlükə törətməyəndən sonra hücumun istiqaməti Donbassa doğru dəyişdiriləcək. Bu isə artıq ikinci əks-hücum əməliyyatı olacaq.

Svitan qeyd edib ki, ikinci əməliyyat payızda baş tutacaq. Ancaq bu əməliyyatın birincidən fərqi onda olacaq ki, payızda keçiriləcək əks-hücumda hərbi aviasiya həlledici rol oynayacaq. Çünki quru qoşunlarından fərqli olaraq, aviasiya üçün hava amili, yəni, yağışlar, şaxta və s. maneə törətmir. Ən əsası isə odur ki, həmin vaxta qədər Ukraynanın nəhayət, “F-16”-larla təmin olunacağı gözlənilir.

Məlum olduğu kimi, Prezident Volodimir Zelenskinin Avropa ölkələrinə son səfəri və xüsuslə də Böyük Britaniyada keçirdiyi görüşlər məhz daha çox “F-16”-ların verilməsilə bağlıdır. Artıq Britaniya və Hollandiya başda olmaqla, bir neçə ölkə Ukrayna pilotlarına “F-16”-larda təlim keçəcəklərini bəyan ediblər.

 

Buna paralel olaraq, ABŞ-ın “Politico” nəşri Pentaqonun Ukraynaya “F-16”-lar verməyin əleyhinə olmadığını yazıb. Bu zaman söhbət sözügedən təyyarələrin Ukraynaya birbaşa ABŞ yox, üçüncü ölkələr tərəfindən verilməsindən gedir ki, bunun üşün də onların istehsalçısı olan ABŞ-ın razılığı lazım idi. İndi məlum olur ki, ABŞ Avropa ölkələrinin özündə olan “F-16”-ları Ukraynaya verməsinin əleyhinə deyil.

Böyük Britaniyanın əsas rol aldığı “qırıcı koalisiyası” isə bu təyyarələrin üçüncü ölkələrdən alınıb Ukraynaya verilməsini maliyyələşdirməyə hazır olduğunu ifadə edib. Qeyd edək ki, NATO-ya üzv ölkələrin bir qrupu artıq “F-16”-lardan son nəsil “F-35”-lərə keçib. İndi onların arsenalında xeyli sayda “F-16” qalıb. Məsələn, təkcə Hollandiyada bu təyyarələrin sayı 48 ədəddir. Ukrayna Müdafiə nazirinin müşaviri Yuri Sak isə son müsahibəsində deyib ki, Ukraynanın 40-50 ədəd “F-16”-ya ehtiyacı var.

Qeyd edək ki, bundan öncə ABŞ-da artıq hazırlıq keçmiş iki ukraynalı pilot “F-16”-larda tesdən keçirilib. Nəticə uğurlu olub. Bu gedişlə, payız aylarında xeyli sayda ukraynalı pilotun artıq hazır olacağı güman edilir. Nəzərə alsaq ki, iyulda Vilnüsdə keçiriləcək NATO sammitinin də əsas gündəm mövzularından biri Ukraynaya hərbi təyyarələr verilməsi olacaq o zaman payızda Ukraynanın həm “F-16”-lar, həm də onları idarə edən pilotlarla təmin olunacağı ehtimalı xeyli artır. Belə görünür ki, Ukrayna hərbi-siyasi rəhbərliyi də buna nail olmağa çalışır.

“F-16”-ların texniki xarakteristikaları və imkanları, onların Ukrayna üçün əhəmiyəti barədə çox danışılıb. Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib ki, hazırda Ukraynanın ixtiyarında “Су-24М”, “Су-25”, “МиГ-29” və “Су-27” təyyarələri olsa da, bir “F-16” qeyd olunan 4 hərbi təyyarənin birgə yerinə yetirdiyi tapşırığı təkbaşına icra edə bilir.

Digər yandan, tanınmış azərbaycanlı hərbi ekspert və hərbi pilot Aqil Rüstəmzadənin Ukrayna kanallarından birinə verdiyi müsahibədə dediyi kimi, NATO özü indiyə qədər keçirdiyi demək olar, bütün hərbi əməliyyatlarda, müharibələrdə əsas üstünlüyü hərbi aviasiyaya verib. Məhz “F-16”-lar və digər hərbi təyyarələr yerdəki və havadakı bütün hədəfləri məhv edəndən, qarşı tərəfin canlı qüvvəsini və texnikasını sıradan çıxarandan sonra NATO-nun canlı qüvvəsi hərəkətə keçib və az qala aviasiyanın “düzlədiyi” ərazilərdə təmizləmə işləri aparıb. Buna baxmayaraq, elə həmin NATO Ukraynanı öz əks-hücum əməliyyatını əsasən quru qoşunları, zirehli texnika, artilleriya və s. hesabına reallaşdırmağa sövq edir. Bu isə aviasiyanın lazımi dəstəyi olmadıqda böyük canlı qüvvə itkisi deməkdir. Görünür, Ukrayna hərbi-siyasi rəhbərliyi də bunu gözəl anlayır və haqlı olaraq, NATO-nu və kollektiv Qərbi “F-16”-ların verilməsi məsələsində tələsdirir…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90