image-rt-reklam
image-1backend

Evini satdı, 7 milyonu dələduza bu üsulla göndərdi – ŞOK OLAY

image-728x90

Sankt-Peterburqun Krasnoselski rayonunda sadəlövh təqaüdçü mənzil satışından əldə etdiyi bütün pulları fırıldaqçılara verib.

Ulusal.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Sankt-Peterburqun yaşlı sakini polisə ərizə ilə müraciət edib, qadın bildirib ki, naməlum şəxs onunla telefonla əlaqə saxlayıb. Dələduz özünü bank işçisi kimi təqdim edərək qadını əmanətlərini guya təhlükəsiz hesaba köçürməyə razı salıb.

Bunun üçün o, kuryerə nağd pul köçürməli idi. Bu yaxınlarda mənzilini satıb pulunu evdə saxlayan təqaüdçü zəng edənə inanaraq Marşal Jukov prospektindəki evin həyətində kuryerə yeddi milyon rubl verib.

Faktla bağlı cinayət işi açılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90