image-rt-reklam
image-1backend

“Ermənistanın əsas tərəfdaşları – ABŞ və Avropadır”

image-728x90

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Avropanı Ermənistanın əsas tərəfdaşları adlandırıb, lakin eyni zamanda xarici siyasətdə hər hansı “dönüş”dən söhbət getmədiyini bildirib. “Bizdə demokratiya var, demokratik təsisatları gücləndirmək istəyirik. Biz görürük ki, məsələn, ABŞ və Avropa İttifaqı əsas tərəfdaşlardır”, – deyə o əlavə edib ki, Brüssel və Vaşinqtonla iqtisadi əlaqələr də dərinləşir.

XİN rəhbəri Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində bildirib ki, Ermənistan NATO-ya daxil olmaq niyyətində deyil, xüsusən də ölkə artıq təşkilatla əməkdaşlıq etdiyi üçün.

Nazirin sözlərinə görə, Ermənistan Kosovodakı mövcudluğunu artırıb, “Əfqanıstanda sülhməramlı əməliyyatlarda” iştirak edir və bu, “əməkdaşlığın bir formasıdır”. “Əgər söhbət NATO-ya daxil olmaq niyyətindən gedirsə, yox. Bu gün bu məsələ Ermənistanın gündəmində deyil”, – Mirzoyan əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90