image-2000x150
image-1683538085_1683536797-flyone-armenia-780x470backend

Ermənistan təyyarəsinin Dubaya enməsinə icazə verilmədi

image-728x90

“Flyone Armenia” aviaşirkətinə məxsus təyyarənin Dubayın hava məkanına daxil olmasına icazə verilməyib.

Bu barədə şirkətin idarə heyətinin sədri Aram Ananyan məlumat verib.

Məlumata görə, hadisə 7 may tarixində olub. İrəvan-Dubay reysini həyata keçirən təyyarə qadağa səbəbindən İranın Şiraz hava limanında məcburi eniş edib.

Aviaşirkət problemə görə sərnişinlərdən üzr istəyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90