image-2000x150
image-img-20230326-wa0009backend

Ermənistan Rəhbərliyi çirkin əməllərdən çəkinməlidir !

image-728x90

Son vaxtlar Ermənistan silahlı qüvvələri yenidən sərhədboyu ərazilərdə təxribatlar törətməyə başlayıblar. Söz yox ki, rəşadətli Ordumuz tərəfindən dərhal susdurulurlar. Lakin buna baxmayaraq, revanşistlər öz çirkin məqsədlərinə çatmaq üçün atəşkəsi pozmaqda davam edir və beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərində məqsədli şəkildə təxribatlar törədirlər. Hələ də anlamaq istəmirlər ki, Azərbaycan 1991-92-ci illərin Azərbaycanı deyil. Görünür, hələ də acınacaqlı məğlubiyyətlə barışmaq istəmirlər. Fakt isə faktlığında qalır. Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın etdi və torpaqlarımız düşməndən azad olundu.

 

Qarabağ işğaldan azad olunsa da, ordumuz strateji yüksəkliklərə yiyələnsə də, hərtərəfli üstün vəziyyətdə olsa da, ermənilər məğlubiyyətlə barışmaq, hesablaşmaq istəmirlər. Onlar var

 

qüvvələri ilə toparlanmaq, xarici havadarlardan güc alaraq yenidən meydana çıxmaq, məğlubiyyətin qisasını almaq istəyir və bunu heç də gizli etmirlər. Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginliyə bu kontekstdən baxmaq lazımdır. Bu, məhz Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Bu insident 2020-ci ilin iyulunda ermənilərin Tovuz rayonu istiqamətində törətdikləri təxribatın bənzəridir. O vaxt da Azərbaycan Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək məcburiyyətində qalmışdı. Ermənistanın növbəti avantürasının cavabı vaxtında verilməliydi və verildi. İndi onlar həmişəki kimi beynəlxalq mediada özlərini təcavüzə məruz qalmış kimi göstərir, haray-həşir salırlar. Ermənistanın növbəti hərbi avantürası bütövlükdə Cənubi Qafqazda geosiyasi qeyri-müəyyənliyi artırır. Kimlərsə rəsmi İrəvanı sözün əsl mənasında “oda atır”. Ermənistan ordusu bu zərbələrdən sonra, ümumiyyətlə, özünə gələ bilməyəcək. Saxta təbliğata baxmayaraq, sadə ermənilər kimin hansı gücə sahib olduğunu bilirlər. Və aydın görürlər ki, Azərbaycan Ordusu bir neçə dəfə erməni ordusundan güclüdür.

 

Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı təzyiqlər oldu, Ermənistana isə yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək. “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayağ…

Tağıyev Burhan Zeynal oğlu

Azərbaycan Dövlət Pedoqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90