image-rt-reklam
image-image_750x_64b7ecadd44ff-1backend

Ermənistan avtomobil istehsalına başladı

image-728x90

“Sepuh-1” şirkəti artıq Ermənistanda 8 avtomobil istehsal edib, onlardan bəziləri dövlət qeydiyyat nişanı alıb. Ulusal.az erməni mediasına istinadən xəbər verir ki, avtomobillərin qiyməti təxminən 30-40 min dollardır. “Sepuh-1” şirkəti Cənubi Koreyanın “SsangYong” markalı avtomobillərini istehsal edir. Avtomobillərin istehsalı iri komponentlərin, yığılmış avtomobillərin idxalını nəzərdə tutur.

“Bu cür təcrübə dünyanın bir çox ölkələrində yayılmışdır.Bizə məlum olan bir çox təşkilatlar da istehsalatlarını həmin yanaşma əsasında təşkil edirlər”, – deyə Ermənistan İqtisadiyyat Nazirliyinin “Standartlaşdırma və Metrologiya üzrə Milli Qurum” QSC-nin direktoru Albert Babayan bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90