image-rt-reklam
image-1backend

Ermənipərəst mer mənimsəmədə ittiham olunur: Bu daş-qaş haradandır? – FOTO

image-728x90

Paris meri Enn İdalqo keçən ilin oktyabr və noyabr aylarında Fransız Polineziyasına mübahisəli səfəri ilə bağlı “yalan” hesab etdiyi xəbərə görə aylıq “People Interview” jurnalını məhkəməyə verəcəyini açıqlayıb.

Ulusal.az xəbər verir ki, İdalqo 2024-cü ilə dair arzularını ifadə etdikdən bir neçə saat sonra mətbuata açıqlamasında jurnalda “yalan məqalə” və “yalan məlumat”ın dərcini pisləyib.

Bu eksklüziv faylda jurnalistlər Enn İdalqonun Taitiyə səfərinin özəl hissəsi üçün vergi ödəyicilərinin ödədiyi vəsaitdən istifadə olunmasını tənqid edirlər.

Paris meri Yeni Kaledoniya və Taitiyə bir həftəlik rəsmi səfəri, ardınca Polineziya adasında iki həftəlik şəxsi tətilinə görə mübahisələrin mərkəzində olmuşdu. 2024-cü il Olimpiadası üçün sörfinq yarışının keçiriləcəyi ərazini ziyarət etmək üçün Polineziyaya səfər edən Paris meri, Taitidən təyyarə ilə 45 dəqiqəlik məsafədə yerləşən Raiatea adasında yerləşən qızına baş çəkmək üçün işgüzar səfərini tətillə uzatmışdı.

“Tamamilə ödənilmiş” bu şəxsi səfər ümumilikdə 60 min avroya başa gəlmişdi. Bundan sonra başlamış qalmaqala Fransada “Taitigeyt” adı verilib. Qalmaqala daha bir nüans da əlavə edilib. Sosial şəbəkə istifadəçiləri merin fotosunu yayaraq, onun boynunda qiymətli daş-qaşın mənşəyinə aydınlıq gətirlməsini tələb edirlər: “Bu gözəl mirvarinin mənşəyi nə ola bilər?”

Xatırladaq ki, E.İdalqo qatı ermənipərəst və azərbaycanofob baxışları ilə tanınır. Ermənistanda səfərdə olmuş, Qarabağ erməniləri üçün yardım şousu təşkil etmişdi. Qərbi Azərbaycan İcması onun addımları haqda xüsusi bəyanatla da çıxış etmişdi.

Ötən il avqustun 31-də isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılaraq Enn İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı etiraz notası təqdim edilmişdi.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90