image-2000x150
image-qazax-kendleribackend

Ermənilər təşvişdə: kənddə naməlum şəxslər peyda oldu

image-728x90

Ermənistan Azərbaycanın eksklavlarının geri qaytarılması prosesini başlatmağa hazırlaşır.

Ulusal.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, artıq Qazaxla sərhəddə yerləşən İcevan rayonunun Ayqeovit (Uzuntala) kəndində ölçmə işləri başlayıb. Qəzetə danışan yerli sakinlərdən biri Paşinyanın Brüsselə səfərindən az öncə kənddə naməlum şəxslərin peyda olduğunu və onların müəyyən ölçülər götürdüyünü bildirib. O qeyd edib ki, sözügedən hadisə əhali arasında böyük təşvişə səbəb olub. Sakinlər artıq kəndin böyük qisminin Azərbaycana verilməsinə hazırlıq aparıldığını düşünüblər.

Uzuntal icmasının rəhbəri Levon Qriqoryan suallara aydın cavab verməyib. Paşinyanın Mülki Müqavilə Partiyasından olan Qriqoryan maksimum formada suallardan yayınaraq, bu barədə heç bir şey eşitmədiyini söyləyib.

Qeyd edək ki, Uzuntala kəndi Qazaxın Ermənistanın nəzarətində olan üç eksklavından ikisinin yaxınlığında yerləşir. Bunlar isə Sofulu və Barxudarlı kəndləridir.

Xatırladaq ki, bir qədər əvvəl Brüsseldə iki ölkə liderinin keçirdiyi görüşdə Bakı və İrəvan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90