image-rt-reklam
image-11backend

Ermənilər Jak Şirakın abidəsini təhqir etdilər

image-728x90

Fransanın Nitsa şəhərində iki erməni həbs edilib.  Ermənistandan turist kimi Fransaya gedən ermənilər Nitsada Fransanın keçmiş prezidenti Jak Şirakın heykəlinin iki barmağını sındırıblar.Ulusal.az xəbər verir ki,bu barədə məlumatı “Nitsa-Matin” yayıb. Qəzetin yazdığına görə, şəhər rəhbərliyi vandalizm aktını pisləyib, bunu qəbuledilməz adlandırıb. Qeyd olunur ki, bələdiyyə nümayəndələri artıq heykəltəraş Patrik Freqa ilə əlaqə saxlayıb ki, sonuncu heykəli bərpa edə bilsin.

Bu, bu abidəyə qarşı üçüncü vandalizm hadisəsidir. Oxşar hadisə heykəlin açılışından bir neçə gün sonra 2020-ci ildə, digəri isə 2022-ci ilin noyabrında qeydə alınıb.

Xatırladaq ki, 2020-ci il fevralın 8-də Nitsa şəhərində Jak Şirakın 2,2 metr hündürlüyündə heykəlinin açılış mərasimi keçirilib, abidənin ətrafındakı kiçik həyət respublikanın keçmiş rəhbərinin adını daşıyır.

image-333467904_741515960921667_6435738388637851149_n
 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90