Ermənistan ordusunun əsgərləri arasında silahlı atışma olub. Ulusal.az “Hraparak” qəzetinin istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. N saylı hərbi hissəsinin çağırışçı əsgəri xidməti silahı ilə müqaviləli hərbçi Vanik Arami Qazaryanı güllələyib.
Faktı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.






















