image-rt-reklam
image-1backend

Erməni deputatın ŞOK ARZUSU: Bakıya köçmək istəyir – FOTO

image-728x90

Bakıda doğulmuş erməni deputat Vilen Qabrielyan yenidən Azərbaycanda yaşamaq istəyir.

Ulusal.az xəbər verir ki, Qabrielyan təhlükəsizlik təminatı veriləcəyi təqdirdə, Bakıya köçəcəyini bildirib: “Azərbaycan təhlükəsizlik təminatı verərsə, Bakıya getmək, orada yaşamaq istəyərdim”.

Erməni deputat Ermənistanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməli olduğunu dilə gətirib.

“Dünya yeni yaranmayıb, bir-biri ilə müharibə aparan, sonra sülh şəraitində yaşayan çoxlu dövlətlər var”, – o bildirib.

Qabrielyan hesab edir ki, hər iki tərəf – Ermənistan və Azərbaycanın qaçqınların geri qayıtmasını təmin etməlidir.

Qeyd edək ki, erməni deputat bundan öncə “boz qurd” işarəsi ilə gündəmə gəlmişdi.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90