image-rt-reklam
image-1backend

Ərdoğanın korteji qəzaya uğrayıb: 1 polis öldü

image-728x90

Türkiyənin cənub-şərqində prezident Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşı qəza nəticəsində dünyasını dəyişib.

İHA agentliyinin məlumatına görə, Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin İdil rayonunda mitinqdən sonra Ərdoğanın korteji qəzaya düşüb, nəticədə 1 polis ölüb, ikisi polis olmaqla 3 nəfər yaralanıb.

Qəza barədə Mardin şəhərində keçirilən mitinqdə Ərdoğan da məlumat verib: “Bu gün Şırnakdakı mitinqimizdən sonra baş verən avtomobil qəzası nəticəsində həlak olan polis Fırat Dereyə başsağlığı verir, qəzada yaralanan əməkdaşlara şəfa diləyirəm”.

Qeyd edək ki, Ərdoğanın iştirak etdiyi mitinqlər martın 31-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi təşkil edilən kampaniya çərçivəsində keçirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90