Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərərçəkən Adıyaman vilayətinə səfər edib.  

Ərdoğan bölgədə zəlzələdən zərəçəkən insanlarla görüşüb, onların problemlərini dinləyib.

Bununla yanaşı, Türkiyə lideri adıyamanlılara pul paylaşıb. Ərdoğanın bu görüntüsü sosial mediada gündəm olub. Belə ki, sözügedən videoda zərərçəkənlərdən biri Ərdoğana “Pul paylama, rəis”- deyə səslənib.