image-rt-reklam
image-9backend

Ərdoğan: “Türkiyə üçün təhdid təşkil edənləri məhv etməkdə qərarlıyıq”

image-728x90

“Məqsədimiz terror təşkilatlarını ölkəmiz üçün təhlükə yaratmaqdan tamamilə çıxarmaqdır”.

Ulusal.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Gölbaşı Polis Akademiyasında keçirilən Polis Peşə Liseylərinin Məzun Mərasimində etdiyi çıxışında deyib.

“Türkiyə üçün təhdid olanları harada olur-olsun məhv etməkdə qərarlıyıq. Türkiyənin imperialist güclər tərəfindən başına bela edilən terror bəlasından qurtulması həyati əhəmiyyət daşıyır. Təkcə təhlükəsizlik deyil, həm də iqtisadiyyatdan demokratiyaya, xarici siyasətdən milli birlik və bütövlüyə qarşı təşəbbüslərin qarşısını almaq terror belasını tamamilə məhv etməkdən asılıdır”, -deyə dövlət başçısı qeyd edib.

Prezident Ərdoğan çıxışında miqrasiya probleminin həllinin yolunun terror təşkilatlarına qarşı uğurlu mübarizədən keçdiyini bildirib:

Türkiyəyə və onun iqtisadiyyatına töhfə verən hər kəsə qapımız açıqdır. Cinayətlə məşğul olanlar, cəmiyyətin əmin-amanlığını pozanlar və ölkəmizdə qeyri-qanuni olanlar deportasiya edilir. Son iki ayda 36 min qeyri-qanuni mühacir tutulub. Onlardan 16 mini deportasiya edilib, qalanların işləri davam edir. Ümid edirəm ki, mədəniyyətimizə, inancımıza, qanunumuza və ədalətimizə uyğun olaraq bu məsələni həll edəcəyik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90