image-2000x150
image-1680088635_16543362016012156527_1200x630-780x470backend

Ərdoğan seçkiöncəsi əhaliyə şad xəbər verdi

image-728x90

“TOGG avtomobilimizi gələn həftənin ilk günü təhvil alacağıq”.

Ulusal.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Qara dənizdən qaz çıxarılması ilə bağlı da şad xəbərlər verəcəyini anons edib: “10 min mədənçimiz zəlzələ bölgəsində zəhmət çəkərək millətimizin qəlbində taxt qurdu. Daha 1000 mədənçi işə götürəcəyik”.

Bundan əlavə, Ərdoğan iyul ayında minimum əməkhaqqında artım olacağını açıqlayıb.

Türkiyə prezidenti, eyni zamanda müxalifətdəki rəqiblərini də tənqid edib: “Qumar masasında bir-birinə pusqu quran, xaosdan başqa vədi olmayan 7 partiyalı koalisiya həlledici məğlubiyyətə düçar olacaq. Yerinə yetirə bilməyəcəyi vədlər verən müxalifətdən xahiş edirik ki, millətimizin siyasətə olan inamını sarsıtmasınlar”.

“Aprel ayından etibarən bütün abonent qruplarında elektrik enerjisinə 15 faiz endirim edəcəyik. Həmçinin sənayedə istifadə olunan təbii qaz tarifinə 20 faiz endirim nəzərdə tutulub. Aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasına rəsmi olaraq nüvə obyekti statusunu verəcəyik”, – Ərdoğan əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90