image-2000x150
image-55backend

Ərdoğan ömürlük həbs edilmiş general-leytenantı əfv etdi

image-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif cinayətlərdə təqsirli bilinən 4 nəfərin cəzasını əfv edib.

Bu barədə qərar “Resmi Gazete”də dərc olunub.

Qərarla 28 Fevral Məhkəməsi çərçivəsində ömürlük həbs cəzasına məhkum edilən keçmiş general-leytenant Çetin Saner və ağırlaşdırılmış ömürlük həbs cəzası alan Mehmet Emin Alpsoyun cəzaları qocalıqları səbəbi ilə ləğv edilib.

Qəsdən adam öldürmə ittihamı ilə həbsdə olan Nihat İlliman və Sedat Çelik isə əlil olduqları üçün prezident tərəfindən əfv ediliblər. (Mənbə: Haber Global)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90