image-2000x150
image-erdogan-5-696x391backend

“Ərdoğan namizəd ola bilməz!” – Müxalif partiyalar Konstitusiyanın pozulduğunu bildirirlər

image-728x90

Türkiyədə müxalifətin azı üç partiyası qarşıdan gələn seçkilərdə ölkənin hazırkı başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyinin ləğv olunmasını tələb edib.

Bu tələblə ölkənin Ali Seçki Komissiyasına İYİ, Xalqın Qurtuluşu (HKP) və Ana Vatan partiyaları müraciət ediblər.

Bəzi xəbərlərə görə bir neçə başqa partiyanın da Ərdoğanın namizədliyinə etiraz edəcəyi gözlənilir.

Müxalifət 14 may seçkisində vahid namizəd kimi Ərdoğanın rəqibi Kemal Kılıçdaroğlunu dəstəkləyir.

Müraciət müəlliflərinin fikrincə hazırkı prezidentin namizədliyinin bu seçkidə irəli sürülməsi Türkiyə Konstitusiyasına ziddir, belə ki, o hazırda prezidentliyinin ikinci müddətindədir.

Lakin rəsmi Ankara xatırladır ki, 2017-ci ildə Konstitusiya islahatından sonra Ərdoğanın əvvəlki müddətləri “sıfırlanıb”.

Zəlzələ mövzusu

Türkiyədə mayın 14-də həm parlament, həm də prezident seçkiləri keçiriləcək.

50 min insanın həyatına son qoymuş zəlzələnin gətirdiyi dağıntıya baxmayaraq seçkinin vaxtı dəyişdirilməyib.

Rəy sorğularına görə bu seçkidə qalib gəlmək üçün Ərdoğan və Kılıçdaroğlu ən yaxşı şanslara malikdirlər.

Seçki kampaniyasında aparıcı mövzu zəlzələ olaraq qalır.

Müxalifət hakimiyyəti zəlzələ nəticələrinin aradan qaldırılmasına və zərərçəkənlərə lazımi dəstəyin verilməsinə hazır olmamaqda ittiham edir.

Ən son sorğular Kılıçdaroğlunun Ərdoğandan irəlidə olduğunu göstərir.

Bir sıra ekspertlər ehtimal edirlər ki, bu iki namizədin seçki nəticələri az qala eyni ola bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90