image-2000x150
image-1backend

 Ərdoğan: “İsrail 25 gündür müharibə cinayəti törədir”

image-728x90

“Avropa və ABŞ-ın qeyd-şərtsiz dəstəyini götürən İsrail rəhbərliyi düz 25 gündür ki, bütün dünyanın gözü qarşısında insanlığa qarşı cinayət törədir”.

Ulusal.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Ərdoğan müraciətində İsrailin Fələstinə hücumlarına toxunaraq deyib:

“Oktyabrın 7-dən bu yana qəzzalı qardaşlarımız böyük qəddarlığa və vəhşiliyə məruz qalır. Avropa və Amerikanın qeyd-şərtsiz dəstəyini götürən İsrail rəhbərliyi düz 25 gündür ki, bütün insanların gözü qarşısında insanlığa qarşı cinayətlər törədir.

Xərçəng xəstələrini müalicə edən Türkiyə-Fələstin Dostluq Xəstəxanasını İsrail barbarlığının son qurbanı oldu. Biz hesab edirik ki, dövlət ağlını tamamilə itirmiş kimi görünən və təşkilat kimi fəaliyyət göstərən İsrailin qarşısı tez zamanda alınmalıdır.

İsrailin dinc əhaliyə birbaşa hücumları nəticəsində indiyədək əksəriyyəti körpə, uşaq və qadın olmaqla 8 min 500 fələstinli şəhid olub. Qəzzada törədilən hərbi cinayətlərin səbəbkarlarının qanun qarşısında cavab verməsi istiqamətində işlərimiz davam edir.

Türkiyənin münaqişənin ilk günündən bu yana göstərdiyi humanist, ədalətli və şərəfli mövqeyi bu gün də davam edir.

25-ci gününü keçirən bu qırğının qarşısının alınması bizim əsas prioritetimizdir. Bunun üçün atəşkəs əldə edilməli, sonra daimi sülhə yol açılmalıdır. Əlaqədar bütün tərəflərin iştirakı ilə keçiriləcək “Fələstin-İsrail Beynəlxalq Sülh Konfransının” bunun üçün ən uyğun platforum olacağını fikirləşirik”.

Ərdoğan bölgədəki güclərlə əməkdaşlıq edərək yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri gördüklərini və bu addımın atılacağı təqdirdə məsuliyyəti öz üzərlərinə götürməyə hazır olduqlarını bildirib:

“Başda avropalı ölkələr olmaqla Qərb dünyası Qəzzada insanlıq sınağından növbəti dəfə uğursuz çıxdı”.

Ərdoğan Türkiyənin bir hissəsi Qəzzaya çatan yardım materiallarının cəmi 213 tona çatdığını deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90