image-2000x150
image-22jpg-1684742523backend

Ərdoğan: “İnşallah, 28 may tarixini rekord səslə başa vuracağıq” – FOTO

image-728x90

“İnşallah, 28 may tarixini də sevimli millətimizin iradəsi və dəstəyi ilə rekord səslə başa vuracağıq”.

Bu sözləri özünün “Twitter” hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

R.T.Ərdoğan Türkiyə xalqına xitab edərək yazıb:

“Mayın 28-də seçkiyə qatılacaq bütün bacı-qardaşlarıma səmimi olaraq bu sualları ünvanlamaq istəyirəm.

Seçkidən əvvəl insanlara pulsuz evlər vəd edib, seçkidən sonra zəlzələ qurbanlarımızı evindən qovmağa çalışanlara hörmət qoyula bilərmi?

Öz siyasi karyerası ərzində ölkəyə heç bir fayda verməyən şəxsdən bu millət xeyir görə bilərmi?

17-25 dekabr çevrilişinə cəhdi zamanı FETÖ-çülərlə əlaqəsi olduğunu öz ağzı ilə etiraf edən birinə etibar etmək olarmı?

Rəqiblərini yarışdan kənarlaşdırmaq üçün hər vasitədən, o cümlədən hədə-qorxu, təzyiq, şantajdan istifadə edənlərin siyasi əxlaqına inanmaq olarmı?

Təbii ki, dünən ağ dediyinə bu gün qara deyən, dünən dediyini inkar edən, dönük çıxan adama inanmaq, övladlarımızın gələcəyini etibar etmək olmaz”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90