“İsrailin Qəzzaya hücumlarında mülki vətəndaşların, günahsız insanların öldürüldüyünə əminəm”.
Ulusal.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
O, fələstinlilərin həlak olan şəxslərlə bağlı açıqladığı rəqəmlərə inanmadığını bildirib.
“Mən bilmirəm fələstinlilər nə qədər insanın öldürüldüyü barədə həqiqəti deyirlərmi?”,-deyə o, qeyd edib.
Bayden əlavə edib ki, günahsız mülki insanları qorumaq çətin olsa da, İsrail əlindən gələni etməlidir.
Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliy İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 2 min 704-ü uşaq, 1584-ü qadın və 364-ü qoca olmaqla 6 min 546 nəfərin öldüyünü, 17 min 439 nəfərin isə yaralandığını açıqlayıb.”AzPolitika.info”