Dünyanın əksər ölkələri Moskvanı yaxşı dost kimi görür.
Ulusal.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Eyni zamanda, biz Qərb ölkələri ilə praqmatik dialoqa açıq qalırıq. Əgər onlar bizim maraqlarımızı nəzərə almaq və qarşılıqlı fayda və qarşılıqlı hörmət əsasında qarşılıqlı fəaliyyət göstərmək istəyini sözdə deyil, əməldə nümayiş etdirsələr”, – nazir bildirib.