Əfsanəvi kubalı boksçu Emilio Korrea Vaillant 71 yaşında dünyasını dəyişib.
Ulusal.az xarici KİV-ə istinadən xəbər verir ki, olimpiya, dünya və Panamerika çempionu boksçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Teofilo Stevenson və Orlando Martinez ilə birlikdə Kuba boksunun əfsanəvi üçlüyündən biri olan Vaillant 1972 Münhen Olimpiadasında ölkəsinə qızıl medal gətirib.
Boksçunun ölümündən sonra Kubada böyük kədər yaşanıb.
1952-ci ildə Santyaqo de Kubada anadan olan Vaillant xüsusilə güclü sol əli ilə seçilirdi.