image-2000x150
image-1backend

Dünyaya elan edildi: Onlar öz silahı ilə vurulur – ŞOK DETALLAR

image-728x90

“İsrail qüvvələrinin Qəzzaya blokada tətbiq etmək üçün istifadə etdiyi silahlar indi onların özlərinə qarşı istifadə edilir. HƏMAS İsrail silahlarından istifadə edir”.

Ulusal.az xəbər verir ki, bu məlumat “New York Times”ın xəbərində yer alıb.

İllərdir ki, analitiklər İsrailin Qəzza zolağını hərbi blokadaya almasına baxmayaraq, HƏMAS-ın necə bu qədər silahlandığını izah etmək üçün yeraltı qaçaqmalçılıq yollarına işarə edir.

Xəbərdə qeyd edilib ki, HƏMAS döyüşçüləri İsrail hərbi bazalarından oğurlanmış sursatlarla silahlanır:

“Aylarla davam edən qarşıdurma zamanı toplanmış kəşfiyyat məlumatları göstərdi ki, İsrail rəsmiləri oktyabrın 7-dən əvvəl HƏMAS-ın niyyətlərini səhv qiymətləndiriblər, həm də onun silah əldə etmək imkanlarını lazımi səviyyədə dəyərləndirməyiblər. İndi aydın olur ki, İsrail qüvvələrinin son 17 ildə Qəzzanı blokadada saxlamaq üçün istifadə etdiyi silahlar indi onların özlərinə qarşı istifadə olunur”.

“New York Times” HƏMAS-ın İsraildən Qəzzaya atılan bombaları da İsrailə qarşı istifadə etdiyini diqqətə çatdırıb.

İsrail Milli Polisinin Bomba zərərsizləşdirilməsi şöbəsinin keçmiş rəis müavini və İsrail polisinin müşaviri Maykl Kardaş NYT-yə deyib: “Partlamamış hərbi sursatlar HƏMAS üçün əsas partlayıcı mənbəyi olub”.

Kardaşın sözlərinə görə, HƏMAS bölgəyə atılan və öz raketləri ilə partlamayan bombalardan istifadə edərək İsraili hədəfə alır.

Silah mütəxəssisləri deyirlər ki, sursatların təxminən 10 faizi adətən partlamır, lakin İsraildə bu nisbət daha yüksək ola bilər. Çünki İsrailin arsenalında ABŞ və digər hərbi qüvvələr tərəfindən uzun müddət istehsal olunmayan Vyetnam dövrünə aid raketlər var.

Hərbi ekspertlərin fikrincə, partlamayan 750 kiloluq bomba yüzlərlə raketə çevrilə bilər.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90