image-2000x150
image-1backend

Dünya muzeylərində saxlanılan Qazax, Hindarx və Yardımlı meteroit parçaları

image-728x90

Planetlərin toz mühiti içərisində ən dinamik maddə növü meteor maddəsidir. Meteoritlər elə nisbətən böyük kütləyə malik obyektlərdir ki, onlar Yerin cazibə sahəsinə daxil olarkən meteorlar kimi atmosferdə yanıb yox olmur və yerin səthinə düşürlər. Təxmini hesablamalara görə Yer kürəsinə ildə orta hesabla 2000 ton meteorit düşür. Yer səthinə gəlib çatan asteroid və meteoritlər zərbə kraterləri və ya meteorit kraterləri əmələ gətirirlər. Diametri 1 km-dən böyük olan meteorit kraterlərinə astroblemlər və ya impakt strukturlar deyilir. Bu günə qədər məlum olan ən nəhəng meteorlar aşağıdakılardır:
“Sutter Mill meteoriti, ABŞ, 22 aprel 2012-ci il, 11 fevral 2012-ci ildə Çinə düşən meteorit,nPeru meteoriti, 15 sentyabr 2007-ci il,Meteorit Kunya-Urganch, Türkmənistan, 20 iyun 1998-ci il, Meteorit Sterlitamak, 17 may 1990-cı il, Meteorit Jilin (Girin), Çin, 8 mart 1976-cı il, Sikhote-Alin meteoriti, Uzaq Şərq, 12 fevral 1947-ci il, Qoba meteoriti, Namibiya, 1920, Çelyabinsk meteoriti, 15 fevral 2013-cü il və Tunquska meteoriti, 30 iyun 1908-ci il”

Azərbaycana düşən meteor da dünyanın ən böyüklərindən sayılır və ilk dəfə ölkəmiz ərazisinə, məhz gözəl rayonumuz Yardımlıya düşüb. Yardımlının dünyaca məşhur meteoritidir. 1959-cu il noyabrın 24 –də səhər saat 8-də Ərus və Jiy kəndləri ərazisinə düşüb.Buna görə də onu Ərus meteoriti adlandırlar. Meteroit düşən günü dumanlı hava olmasına baxmayaraq 2800 kvadrat km sahədə yaratdığı güclü işıqlanma 5 – 10 saniyə davam edib. Ən böyüyü 127 kq, ən kiçiyi 300 qram olan 6 qəlpəsi tapılıb. Tərkibində nikel, qrafit və sair metallar olub. Yardımlı meteorit yağışının düşmə ərazisi ellips formasındadır və 8-1.5 km-dir. Uçuş istiqamətində 127 kq olan meteorit, diametri 2.8 metr olan bir konusu formalaşdırır və ona 2 metr perpendikulyardır. Bu konus Uzun-Zami ərazisinin şimal şərq hissəsində Jiy kəndindən şimal-qərbə doğru 1 km-dir. Konus divarlarının azimutu 2200-2300 olan cənub-qərb meylliliyi var. Konusun gövdəsi 550-600 üfüq bucağını yaradır. Konusun dərinliyi onun mərkəzi hissəsində 1.9 m-dir.
Azərbaycan ərazisinə hələlik elmə məlum olan cəmi 3 meteorit düşübdür. Onlardan birincisi – hazırda Çikaqo muzeyində saxlanan, çəkisi 28,25 kq olan daş meteorit 1898-ci ildə indiki Qazax rayonu ərazisinə, ikincisi – hazırda Moskvada Rusiya Elmlər Akademiyasının Meteorit muzeyində saxlanan, çəkisi 3.5 kq olan daş-dəmir meteorit 1906-cı ildə indiki Ağcabədi rayonun Hindarx kəndi ərazisinə düşmüşdür.

Dəmir tərkibli böyük bir meteorit 1959-cu ildə Yardımlı rayonunun Ərus kəndi ətrafına düşmüşdür. Buna görə də onu tapmaq mümkün olub. Onun bir hissəsi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasın muzeyində saxlanılır. Ölçüsü insan başının ölçüsündən bir qədər böyükdür, çəkisi 224 kq-dır.
SSRİ ərazisində düşən 3-cü böyük meteoritdir.
Əsas qəlpələri SSRİ EA Meteoritlər Komitəsinin muzeyində saxlanılır.

Qeyd edim ki, tərkibinə və səth strukturuna görə unikal quruluşa malik bu meteorit Günəş sistemini tədqiq etmək üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd edilib ki, Yardımlı meteoritinin parçasından kəsilmiş 250 qramlıq bir hissə Vyana Təbiət Tarixi Muzeyinə hədiyyə verilib. Qeyd edim ki, 1891-ci ildə Ağcabədi rayonu ərazisindən tapılmış Hindarx meteoritinin kiçik hissələri dünyanın bir çox muzeylərində, o cümlədən Vyana Təbiət Tarixi Muzeyində də saxlanılır.
Zaur Əliyev, dosent

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90