image-rt-reklam
image-1backend

Dünən vurulan məşhur rus təyyarələri üzə çıxdı – Pilotlar təyyarələri yerə endirməyi bacarıb? FOTO

image-728x90

Məlum olduğu kimi, ötən gün beynəlxalq KİV-lərdə, eləcə də Ukrayna mətbuatında Rusiya Aeorokosmik Qüvvələrinə məxsus iki məşhur təyyarənin vurulmasıyla bağlı məlumatlar yayılıb. Məlumata görə, ötən gün Azov dənizi üzərində Ukrayna ordusu tərəfindən nadir radiolakasiya imkanlarına malik “A-50” və “İl-22M11” təyyarələri vurulub.

Rusiyalı hərbi müxbir Yuri Kotenok vurulan təyyarlərdən birinin görüntüsünü paylaşıb.

“İl-22M11” təyyarəsinin fotosunu paylaşan Kotenok, pilotun təyyarəni sağlam şəkildə yerə endirdiyini bildirib. O, təyyarənin quyruq hissəsində müəyyən zədələnmələrin olduğunu qeyd edib.
Ətraflı

“Bu vəziyyətdə bir təyyarənin enməsi əsl şücaətdir”,-deyə Kotenok əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “İl-22M11” təyyarəsinin məhv edildiyini bildirib. Rusiya tərəfi isə hadisə ilə bağlı şərh verməyib.

Digər tərəfdən, xarici “Telegram” kanallarında “A-50” təyyarəsinin son görüntüləri yayılıb. İddialara görə, həmin video təyyarə vurulduqdan sonra çəkilib.

Qeyd edək ki, “A-50” təyyarələrindən kəşfiyyat zamanı əsasən hücumların hazırlanması və qarşı tərəfin hücumu barədə xəbərdarlıq etmək üçün istifadə edilir. Rəsmi məlumata görə, Rusiya 10 ədəd bu tip təyyarəyə sahibdir. Bir ədəd “A-50” təyyarəsinin qiyməti 330 milyon dollar olaraq qiymətləndirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90