image-2000x150
image-slutski1678862999backend

Duma: Bu, Pentaqonun Rusiyaya qarşı təxribatıdır   

image-728x90
ABŞ-ın MQ-9 pilotsuz təyyarəsi ilə insidentdən sonra Pentaqonun reaksiyası Rusiyaya qarşı düşmənçilikdən başqa şey kimi qiymətləndirilə bilməz.

Ulusal.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

“ABŞ-ın MQ-9 PUA-sı ilə insident və ardınca Qara dəniz sərhədlərimiz yaxınlığında uçuşları davam etdirmək niyyətini açıqlayan Pentaqon bir daha sübut etdi ki, ABŞ Ukrayna münaqişəsində iştirak edir. Kəşfiyyat PUA-nın missiyası nəinki təkzib edildi, hətta ABŞ Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən faktiki olaraq təsdiqləndi. Bu, Rusiya tərəfindən düşmənçilikdən başqa cür qiymətləndirilə bilməyən təxribatdır”, – Slutski bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90