İki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində inanılmaz bir ilk yaşanıb.
Ulusal.az xəbər verir ki, “Telegram” kanallarında payalaşılan bir videoda rus hərbçilərin bir neçə ukraynalı döyüşçünü əsir götürdüyü görünür. Hadisənin maraqlı tərəfi isə odur ki, ruslar əsir götürdükləri 4 ukraynalı hərbçini dronların köməyi ilə ərazidən çıxarıblar.
Məlumata görə, prosesi iki dron icra edib. Dronlardan biri öndə gedib və yolu göstərib. Digər hücum dronu isə ukraynalı əsirlərin üzəri ilə uçaraq, onların qaçmağının qarşısını alıb.






















