Böyük Britaniyada vergi yükünün artması və dövlət xidmətlərinin keyfiyyətinin aşağı düşməsi ilə üzləşən çoxsaylı britaniyalılar xaricə köçmək haqqında düşünməyə başlayıblar. Maliyyə Nazirliyinin bu payız vergiləri artıracağı gözlənilir, bu da əhalinin əmlak, sərmayə və əmanətlərinə daha çox yük gətirə bilər.
Ulusal.az “The Telegraph” apardığı araşdırmanı ixtisarla sizə təqdim edir.
Ölkədə gəlir vergisi zolaqlarının dondurulması və yüksək vergi faizlərinin daha aşağı gəlirlərdən tətbiqi nəticəsində əmək haqqı artımı da artıq hiss olunmur. Statistika göstərir ki, təkcə 2025-ci ildə ölkəni tərk edənlərin sayı 517 min nəfəri keçib, bunlardan 77 mini Britaniya vətəndaşıdır.
Bəs yüksək maaş və daha az vergi ilə daha yaxşı həyat tərzi üçün hara köçmək məsləhətdir?
Dubay (BƏƏ)
Gəlir vergisi yoxdur
Britaniyalı mütəxəssislər arasında Dubay getdikcə daha populyarlaşır. Yaşayış bahalıdır, lakin gəlir vergisinin olmaması səbəbilə əməkhaqqının böyük hissəsi insanın özündə qalır. Məsələn, maliyyə direktoru Dubayda illik $173,000–$258,000 arası qazana bilər, bu isə Londondan qat-qat yüksəkdir.
Vizalar: Ya işəgötürən tərəfindən sponsorluq edilən yaşayış vizası, ya da yüksək maaşlı və ixtisaslı şəxslər üçün “yaşıl viza” mövcuddur. 5 illik bu vizaya investorlar, freelancerlər, alimlər və mühəndislər də müraciət edə bilərlər.
Yaşayış xərcləri:
Kirayə: illik orta kirayə təqribən 11,000–33,000 min avro arasında dəyişir.
Sağlamlıq sığortası: məcburidir, illik təqribən 64 avro və ya daha çox
Nəqliyyat: aylıq metro bileti ~70
İsveçrə
Avropanın ən yüksək maaşlı ölkəsi
İsveçrədə əməkhaqları Avropada ən yüksək səviyyədədir. Nestlé, Zurich Insurance Group kimi nəhəng şirkətlər burada yerləşir. Lakin yaşayış xərcləri də eyni dərəcədə yüksəkdir.
Vergilər: Federal gəlir vergisi maksimum 11.5%-dir. Lakin 26 kantonun hər biri öz əlavə vergi qanunlarına malikdir.
Yaşayış xərcləri:
Orta aylıq kirayə: 1,352
Sağlamlıq sığortası: aylıq təqribən 353
Nəqliyyat: illik metro bileti 423–2,138
Vizalar: Yalnız yüksək ixtisaslı mütəxəssislər və ya İsveçrə əmək bazarına töhfə verəcək biznes planla sahibkarlar üçün imkanlar mövcuddur.
Avstraliya
Yüksək maaşlar, amma yüksək vergi və mənzil böhranı
Henley & Partners-in məlumatına görə, bu il Avstraliyaya 2,500 milyonçunun köçməsi gözlənilir. Həkimlər kimi peşəkarlar burada ikiqat maaş ala bilərlər.
Vergilər:
Qeyri-rezidentlər üçün vergi dərəcəsi: 32.5%-45%
Rezidentlər üçün isə 0%-dan başlayaraq 45%-ə qədər
Yaşayış xərcləri:
Kirayə: həftəlik 253–360
Evlərin qiyməti: orta hesabla 490,000
Sağlamlıq: dövlət xidmətləri pulsuz, lakin diş və digər əlavə xidmətlər üçün özəl sığorta tələb olunur
Sağlamlıq sığortası: illik 1,100–2,000 arasında
Vizalar:
Daimi yaşamaq üçün işəgötürən sponsorluğu vacibdir
Həkim, mühəndis və proqramçılar kimi peşələrə ehtiyac var
ABŞ
Orta maaşlar yüksəkdir, lakin sosial təminatlar zəifdir
Amerikada orta illik əməkhaqqı 46,000 təşkil edir ki, bu da Britaniyadan daha yüksəkdir. Lakin yalnız 10 günlük məzuniyyət və yüksək sağlamlıq xərcləri bəzi risklər yaradır.
Vergilər:
Federal vergi: 10%-37%
Əyalət vergisi: 0%-13.3% (California-da ən yüksək)
9 əyalətdə ümumiyyətlə gəlir vergisi yoxdur (məs. Florida, Texas, Nevada)
Yaşayış xərcləri:
Kirayə: orta 1,564; Nyu-Yorkda 2,819
Sağlamlıq sığortası: fərdi üçün orta illik 6,649, ailə üçün 18,996
Əməkhaqqından ayırmalar: fərdi sığorta üçün 84, ailə üçün 390/aylıq
Vizalar:
Yaşamaq üçün əsasən işəgötürən sponsorluğu ilə Green Card əldə etmək lazımdır
Yalnız yüksək ixtisaslı şəxslər və ya yaxın qohumu olanlar üçün uyğundur.