image-2000x150
image-image_750x_641028546b013backend

“Çin istəsə bu savaşı dayandıra bilər” – Prays

image-728x90

ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynadakı müharibəni dayandırmaq üçün Çinin Rusiya üzərindəki təsirindən istifadə etməsini istərdi.

Ulusal.az xəbər verir ki, bunu Dövlət Nazirliyinin sözçüsü Ned Prays Vaşinqtonun Çin sədri Si Cinpinin Rusiyaya gözlənilən səfərindən nə gözlədiyi sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, Çinin Rusiya üzərində Vaşinqtonda olmayan təsir rıçaqları var.
“Dünyada Rusiya ilə elə ölkələr var ki, biz onları saxlamırıq.

Rusiya ilə münasibətlər baxımından Çin bu siyahının başındadır. Biz istərdik ki, dünya ölkələri Rusiyanı bu qəddar müharibəni dayandırmağa inandırmaq üçün bu münasibətdən və təsir rıçaqlarından istifadə etsinlər”, – Prays bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90