CHP Beşiktaş Bələdiyyə Başçısı Rıza Akpolat ilə CHP İstanbul İl Qadın Qollarının sədri Yeşim Ağırman arasında yaşanan gizli eşq gündəm olub.
Ulusal.az xəbər verir ikilinin bir yerdə göz-gözə türkü oxuduğu görüntülər və sosial media mesajları onların gizli münasibətlərini ortaya çıxarıb. Qalmaqalın yayılmasından sonra onların hər ikisi həyat yoldaşlarından boşanıb. Belə ki, Rıza Akpolatın gizli eşqinin ortaya çıxmasının ardından bu xəbəri eşidən həyat yoldaşı Derya Akpolat Bursa Orhangazi 2-ci Mülki Hüquq Məhkəməsində boşanma iddiası qaldırıb.
Qeyd olunub ki, cütlük mübahisəli deyil, “müqavilə ilə” boşanıb. Dərya Akpolatın “sözləşməli boşanma”dan sonra xəbərin yayılmaması üçün keçmiş həyat yoldaşının soyadından istifadə etməyə davam etdiyi öyrənilib.
CHP İstanbul İl Qadın Qolları sədri Yeşim Ağırmanın həyat yoldaşı Mətin Ağırman da yaşananlardan sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Memar Metin Ağırman 2022-ci ilin noyabrında İstanbul Anadolu Ədliyyəsinin 20-ci Ailə Məhkəməsində Yeşim Ağırmandan boşanıb. Yeşim Ağırman qalmaqaldan qaçmaq üçün boşandığı ərinin soyadından istifadə etməyə davam edir.
Ağırman hələ də CHP İstanbul İl Qadın Qolları sədri vəzifəsini tutur. Gizli eşqin faş olmasından sonra İstanbul İl Təşkilatı çalxalanıb. Partiya daxilində və Beşiktaş Bələdiyyəsində bu məsələ ilə bağlı hansı qərarın veriləcəyi maraqla gözlənilir.
31 Mart 2019-cu il seçkilərində Daxili İşlər Nazirliyi tərəfindən FETÖ və korrupsiya iddiaları ilə vəzifəsindən uzaqlaşdırılan keçmiş CHP Bələdiyyə Başçısı Murat Xəzinədarın yerinə oturan Akpolat dəbdəbəli həyatı ilə diqqət çəkib.
Yeşim Ağırman İstanbul Konvensiyasına dəstək olaraq Sevgililər Günü üçün çəkdirdikləri videonu sosial şəbəkədə paylaşaraq, “Bu il ona nə qədər dəyər verdiyinizi göstərin. Sevirsinizsə, imzanı atın” sözlərini yazıb. Rıza Akpolat isə Sevgililər Günü üçün xüsusi olaraq Ağırmanın həmin paylaşımından sitat gətirərək, öz hesabında “Çox mənalı idi, Yeşim Ağırman, sədrim. Həmişə dediyimiz kimi, İstanbul Konvensiyası yaşadır. Sevirsinizsə, imzanı atın”,- deyə yazmışdı.
publika.az