Çexiya Prezidenti Petr Pavel çətin anlar yaşayıb.
Ulusal.az “TV Nova” telekanalına istinadən xəbər verir ki, hadisə Çexiyada ilk Çexoslavakiya Respublikasının yaranmasınının 105-ci ildönümü ilə bağlı keçirilən tədbir zamanı baş verib.
Belə ki, Pavel fəxri qarovulun önündə ona təqdim edilən döyüş bayrağını saxlaya bilməyib və onunla hərbçilərdən birinin başına zərbə endirib. Nəticədə hərbçinin papağı yerə düşüb.
Sözügedən hərbçi isə hadisəyə reaksiya verməyib.
Qeyd edək ki, sonradan Petr Pavel hərbçiyə vurduğu fiziki və mənəvi zərərə görə üzr istəyib.
Həmin görüntüləri təqdim edirik: