Cənubi Azərbaycan təmsilçisi “Traktor” yeni mövsümün səfər formalarını təqdim edib.
Ulusal.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.
“Traktor” yeni mövsümün səfər formalarını Təbriz xalçaları və şah sarayı fonunda təqdim edib. Bu da azarkeşlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, klubun əsas forması da daha əvvəl oxşar şəkildə – şəhərin tarixi məkanlarında təqdim edilib.