Ulusal.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Corc Buş 2006-cı ildə Rusiya prezidenti Vladimir Putinlə şam yeməyi zamanı çəkilmiş fotodan şoka düşüb.
“Vaqner”in təsisçisi Yevgeni Priqojinin tədbirdə ofisiant kimi olması onu təəccübləndirib.
“Bu günlərdə Sankt-Peterburqda [2006-cı ildə] G8 sammitinin fotosunu gördüyüm üçün şoka düşdüm, burada Prıqojin mənə yemək verən adam idi” -dedi Corc Buş bildirib.
Xatırladaq ki, avqustun 23-də Priqojinə məxsus “Embraer Legacy” biznes-jeti Tver vilayətində qəzaya uğrayıb. Rusiya Federasiyasının İstintaq Komitəsi vaqnerçilərin liderinin ölümünü təsdiqləyib.
Priqojin Sankt-Peterburq qəbiristanlığında dəfn edildi.