image-rt-reklam
image-2backend

Bu ölkədən Hindistana ŞOK ZƏRBƏ

image-728x90

Hindistan Xarici İşlər Nazirliyi yüksək rütbəli diplomatının Şimali Amerika ölkəsindən qovulmasından sonra Kanada səfiri Kemeron Makkayı çağırıb və ona Yeni Dehlinin oxşar qərarı barədə məlumat verib.

Ulusal.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, Kanadanın Hindistandakı səfiri bu gün çağırılıb. Diplomatdan yaxın 5 gün ərzində Hindistanı tərk etməsi tələb olunub.

Qeyd olunub ki, bu qərar Hindistan hökumətinin Kanada diplomatlarının ölkənin daxili işlərinə qarışması ilə bağlı artan narahatlığını əks etdirir.

Məlumata görə, Kanadadakı Sinkhx icmasının lideri Hardip Sinkx Nijarın qətli ilə bağlı iki ölkə arasında diplomatik qalmaqal yaşanır. Bazar ertəsi Kanada rəsmiləri Hindistan diplomatını ölkədən çıxarmaq qərarına gəlib.

Kanada Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, bu şəxs Hindistan kəşfiyyatının Şimali Amerika ölkəsindəki nümayəndəsidir.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90