image-rt-reklam
image-1backend

Bu ölkədə  rəsmi tədbirlərdə qırmızı xalçadan istifadə qadağan edildi

image-728x90

Pakistanın baş naziri Şahbaz Şərif rəsmi tədbirlərdə qırmızı xalçadan istifadəni qadağan edib.

Ulusal.az xəbər verir ki, yerli media qərarın Pakistanın üzləşdiyi ciddi iqtisadi problemlər fonunda qəbul edildiyini yazıb.

Hökumət diplomatik tədbirlər zamanı qırmızı xalçadan istifadənin yalnız mərasim məqsədləri ilə məhdudlaşdırılacağına aydınlıq gətirən bəyanat yayıb.

Bundan əvvəl Şərif və nazirləri könüllü olaraq maaş və müavinətlərdən imtina etmək qərarına gəliblər.

Ölkə prezidenti Asif Əli Zərdari də maaşından imtina etmək qərarına gəlib.

Şərif vəzifəyə gəldikdən bir neçə həftə ərzində dövlət xərclərini azaltmağa yönəlmiş sərt qənaət tədbirlərini elan etdi.

Tədbirlərə dəbdəbəli avtomobillərin alınmasına qadağa, nazirlərin ekonom sinifdə səyahət etmələri və öz kommunal xərclərini ödəmələrinin tələb edilməsi və beşulduzlu otellərdə qalmaması daxildir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90