image-2000x150
image-16578313604789734677_1200x630backend

Bu ölkə Türkiyədə seçkilər zamanı qanlı qırğın törədəcək – ŞOK İDDİA

image-728x90

Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçək ABŞ-ın Türkiyədə ümumi seçkilər zamanı “qanlı qırğın” təşkil etmək niyyətində olduğunu bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Türkiyəli siyasətçi qeyd edib ki, Vaşinqton Ankaraya “piyada” kimi baxır.

“Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin yarırəsmi orqanı olan “Foreign Policy” jurnalı “Bu seçkilər zamanı Türkiyədə qırğın olacaq” başlığı ilə məlumat yaymışdı. Yəni ABŞ bu seçki üçün Türkiyədə qırğın təşkil edəcəklərinin anonsunu dünyaya bəyan edib.

Sonra Almaniyanın ən çox oxunan jurnallarından biri olan “Stern”də prezident Ərdoğanı ittiham etdilər! “Türkiyədə yanğın olacaq və onu yandıran da Türkiyə prezidentidir”, – xəbərdə yazılıb. Ssenari, plan, süjet göz qabağındadır, düyməni kimin basdığı ​​bəllidir!”, – Perinçək bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90